14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günüdür

15 Noyabr 2019 10:57

Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı olaraq Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Diabet: Ailənizi qoruyun!’’ adlı maarifləndirici aksiya keçirilib. Məqsəd əhalini xəstəliyin səbəbləri və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin qarşısının alınması yollarını araşdırmaqdır. Uşaqlarda diabet ən çox 10-14 yaş arasında müşahidə olunur. Bununla bərabər 1-3 yaşlarında diabetli uşaqlara da rast gəlinir. Aksiya zamanı mütəxəssislər tərəfindən uşaqlarda qanda şəkərin miqdarı yoxlanılıb və nəticələrə əsasən tövsiyələr verilib. Eyni zamanda valideynlər sağlam qidalanma güşəsində gündəlik istifadə olunan məhsulların tərkibindəki qlükozanın miqdarı ilə də tanış olublar.Sonda Azərbaycan Diabet Liqasının diabetli uşaqlardan ibarət “Şirin balalar” rəqs qrupu və  ifaçılar çıxış ediblər.