Xaçmazda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan tədbir keçirilib

15 Noyabr 2019 11:01

Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə dahi şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə  rayon ziyalıları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər Nəsiminin əsərlərində daim insanı yer üzünün ali, əzəmətli bir varlığı kimi dəyərləndirdiyini vurğulayıblar. Qeyd olunub ki, şair şerlərində azadlığın  tərənnümünə də geniş yer verib.Məktəblilər şairin qəzəllərindən ibarət şer kompozisiyaları təqdim ediblər.Şagirdlər Nəsiminin Əmir Teymurla olan məşhur dialoqunu da səhnələşdiriblər.  Tədbirin keçirilməsində məqsəd şagirdlərə Şərqin böyük söz ustadı İmadəddin Nəsiminin yaradıcılığı haqqında məlumatlandırmaq, onların ədəbiyyata, mütaliəyə marağını artırmaqdır.