Zoologiya Muzeyinə getsək nələri görə bilərik?

15 Noyabr 2019 11:06

Dostlar, bu dəfə də yolumuz Zoologiya muzeyinədir. Adından da göründüyü kimi burada  heyvanlar aləminə aid eksponatlar saxlanılır.Zooloji muzeyin əsas məqsədi, Azərbaycan faunasını öyrənmək, müxtəlif canlıların təbiətdə rolunu tədqiq etməkdir. Muzey əməkdaşları həmçinin nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirləri hazırlayır və bu təklifləri müvafiq qurumlara bildirir. Hazırda Zooloji muzeydə həm Azərbaycan, həm də dünya heyvanlar aləminə aid 1703 eksponat sərgilənir. Burada qığırdaqlı balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinfinə məxsus neçə- neçə maraqlı eksponat var. Onlar xüsusi kimyəvi maddələrlə şüşə stendlərdə qorunub saxlanılır.