Şagirdlər payız tətilində hansı kitabları oxuyacaq?

16 Noyabr 2019 13:53

Noyabrın 16-sından məktəblilərin payız tətili başlayır. Tətili səmərəli keçirməyin bir yolu da maraqlı kitablar mütaliə etməkdir. Bəs şagirdlər  istirahət günlərində oxumaq üçün kitab seçiblərmi?Mütaliə insanı kamilləşdirir, dünya görüşü artırır. Kitab oxumaqla yaddaşımızı möhkəmləndirir və söz ehtiyatımızı genişləndiririk.Uşaq və məktəb kitabxanalarında demək olar ki, hər birimizin maraq dairəmizə uyğun  ədəbiyyatlar var. Payız tətilində nağıllar, hekayələr, şerlər oxumaq çox yaxşı istirahət ola bilər.Kiçik yaşlarından uşaqlara kitabı sevdirmək və oxu vərdişinin yaradılması onların inkişafı üçün vacibdir. Yaxşı olar ki, valideynlər uşaqları mütaliəyə həvəsləndirmək üçün onlarla birgə kitab oxusunlar və oxuduqlarını müzakirə etsinlər.