Dağlar necə yaranıb?

16 Noyabr 2019 13:57

Yaşadığımız yer planetinin səthi müxtəlif formalardadır: hündür dağlar, dərin dərələr, düzənlik və təpəliklər.Bəs görəsən dağlar necə yaranıb? Dağın təpə ilə hansı fərqləri var?Zirvəsi, ətəyi, yamacı aydın görünən, hündürlüyü 200 m-dən çox olan  relyef forması dağ adlanır. Əgər hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meylli yamaca malik olur. Yer kürəsinin 24 faizi dağlıq ərazidir. Planetimizdəki insanların 10 faizi bu ərazilərdə yaşayır.Dağlar yerin tarazlıqda qalmasına kömək edir və silkələnməsinin qarşısını alır. Onların  zirvəsində toplanmış qar və buz su ehtiyatıdır.  Yaz-yay aylarında həmin qar əriyərək çaylar və bulaqlar üçün mənbə olur. Dağlar iqlimə də böyük təsir göstərir.Yaşına görə dağlar cavan və qədim olmaqla kateqoriyalara bölünür. Cavan dağların zirvələri kəskin parçalanmış, hündürlüyü çox olur. Qədim dağların zirvələri isə az parçalanmış, hündürlükləri də nisbətən az olur.