16 noyabr Beynalxalq Tolerantlıq günüdür

16 Noyabr 2019 14:00

Bura Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbidi. Təhsil ocağında azərbaycanlı uşaqlarla bərabər, digər xalqların - rusların, tatların, ləzgilərin və buduqluların övladları təhsil alır.Məktəbdə 543 şagird elm öyrənir. Tədris ocağı milli tərkib etibarı ilə müxtəlif olsa da uşaqlar burada mehriban dostluq şəraitində oxuyurlar. Heç kimə milliyətinə, dini mənsubluğuna görə fərq qoyulmur.Məktəbdə tədris Azərbaycan dilində aparılır. Lakin həftədə bir saat ləzgi dili də tədris olunur. Müəllim Aygün Məmmədov deyri ki, burada hər bir xalqın adət ənənələrinə hörmətlə yanaşılır. Bu da respublikamızın tolerant ölkə olmasının bir göstəricisidir.Hazırda tədris müəssisəsində təhsil alan şagirdlərin 200-ü azərbaycanlı, 130-u ləzgi və 213 nəfəri isə müxtəlif azsaylı etnik qrupların nümayəndələridir.