''Rüfət və dostları'' filmi uşaqlara təqdim edilib- Video

19 Noyabr 2019 10:35

Bakı şəhər 3 nömrəli UGİM-də ''Rüfət və dostları'' adlı filmin təqdimatı keçirilib. Filmin senarisi uşaqların dostluğu və birliyi üzərində qurulub. Ekran işində Rüfət və onun dostlarının başına gələn hadisələrdən bəhs olunur. Filmdə bir çox istedadlı uşaqlar çəkilib.

Filmdə dostluq mövzusu ön plana çəkilib. Məqsəd sədaqətli olmaq, etibarlı olmaq, yardımlaşma kimi xüsusiyyətləri uşaqlara  aşılamaqdır.  Məktəblilər belə bir filmdə rol aldıqlarına görə sevindiklərini bildiriblər. 

“Rüfət və dostları” filmi izləyicilər tərəfindən bəyənilib və yaradıcı heyət haqqında xoş sözlər deyilib.