"Mikki Maus" cizgi film qəhrəmanının 91 yaşı olur- Video

19 Noyabr 2019 10:46

Miki Maus dünyada ilk cizgi filmi qəhrəmanlarından biridir. Bu gün 91 yaşı tamam olmasına baxmayaraq, hələ də uşaqların sevimli qəhrəmanları sırasında ilk yerlərdədir. 18 noyabr dünyanın ən məşhur siçanının ad günüdür.  Bu obraz 1928-ci ildə Volt Disney tərəfindən yaradılıb. O, Miki Mousa “Mortimer” adını vermək istəyib. Lakin həyat yoldaşı Lili “Miki” adının daha uğurlu olacağını deyib və xoşbəxtlikdən belə də olub. 

Cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir.  Balacalar boş vaxtlarının böyük hissəsini cizgi filmləri izləməklə keçirirlər. Mütəxəssislər bildirir ki,  3 yaşa qədər uşaqlar təxminən 5-7 dəqiqə, 4-6 yaş arası uşaqlar isə vaxt maksimum 20 dəqiqə cizgi filminə baxa bilərlər.