Fizika fənninin öyrədilməsində təcrübələrin əhəmiyyəti böyükdür- Video

20 Noyabr 2019 11:21

Bu gün məktəbli dostlarımız fizika dərsində müxtəlif təcrübələr yerinə yetirəcəklər. Şagirdlər ilk olaraq suyun qaynama təcrübəsini nümayiş etdirəcəklər.

Məktəbli dostlarımız ağırlıq qüvvəsinin ağırlıq mərkəzinə yönəlməsi təcrübəsini əyani olaraq bizə göstərib.

Təcrübəçilər atmosfer təzyiqinə aid təcrübələr də yerinə yetiriblər.

Hər hansı mövzunun dərindən öyrənilməsində təcrübələrin əhəmiyyəti böyükdür. Məktəblilər kitabdan oxuduqları məlumatları əyani gördükdə daha yaxşı yadda saxlayır.

Şagirdlər hazırda yeni və maraqlı təcrübələr öyrənirlər. Dostlar çalışın bu təcrübələri müəllim icazəsi olmadan sınaqdan keçirməyin.