Rəşad Məcid: “Uşaqlıq xatirələrimin hamısı kədərlidir”

02 Oktyabr 2018 10:51

 “ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişinin budəfəki qonaqları AYB-nin katibi, yazar Rəşad Məcid9 yaşlı Bahar Abdullazadə olub. Onlar müxtəlif mövzularda fikirlərini bölüşüblər. Rəşad Məcid böyük olmağın çətin və məsuliyyətli tərəflərindən danışıb. Həmsöhbəti Baharın suallarını cavblandıran yazıçı uşaq vaxtı yuxudan oyanmaqda çətinlik çəkdiyini və buna görə də dərsə tez-tez gecikdiyini açıqlayıb. Amma gecikməyin yaxşı vərdiş olmadığını qeyd edib. Buna baxmayaraq dərslərini yaxşı oxuyub. Rəşad Məcid uşaqlıq illərindən söz açarkən birinci sinifə getdiyi məktəbin erməni işğalı altındakı Ağdamda olduğunu açıqlayıb. Həmin illəri xatırlayanda kövrəldiyini dilə gətirib. Yazıçı Bahara ünvanladığı “Cəmiyyətdə nələrin dəyişməsini istərdin?” sualına məktəbli dostumuz çox maraqlı cavab verib. O, insanların  ictimai yerlərdə  yüksək səslə danışmamasını, etikadan kənar sözlərdən istifadə etməməsini istəyib.”Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”in efirində yayımlanır.