Xaçmazdakı 10 məktəbdə şahmat fənni tədris olunur- Video

20 Noyabr 2019 11:40

Xaçmaz şəhər 1 saylı tam orta məktəbdə şahmat dərsləri tədris olunur. Dərslər həftədə bir saat olmaqla keçilir. Şahmatın tədrisi 2, 3 və 4-cü siniflərdə aparılır.

Şagirdlər şahmata böyük maraq göstərirlər. Onlar bu zəka oyununun qaydalarını, incəliklərini həvəslə öyrənirlər.

Şahmatçılar məktəbdaxili, region və respublika səviyyəli yarışlarda güclərini sınayırlar. Ötən il rayon məktəbliləri arasında keçirilən yarışda məktəbin şagirdlərindən 1 nəfər 1-ci, 2 nəfər 2-ci, 1 nəfər isə 3-cü yerə layiq görülüb. Şahmat müəllimi Ağalar Babayev deyir ki, məktəblərdə şahmat dərslərinin tədrisinin böyük əhəmiyyəti var. Çünki, mütəmadi bu oyunu oynayan uşaqlarda  analiz və qərarvermə bacarığı formalaşır, məntiqi təfəkkür inkişaf edir.

Hazırda Xaçmaz rayonunun 10 ümutəhsil məktəbində pilot layihə kimi şahmat fənni tədris olunur. Məqsəd bu idman növünü daha da inkişaf etdirmək və şahmatı uşaqlar arasında populyarlaşdırmaqdır.