Həftə niyə 7 gündür?- Video

20 Noyabr 2019 11:42

Zaman keçdikcə bir gündən uzun, bir aydan isə qısa bir zaman vahidinə ehtiyac olub. Tarixi mənbələrə görə ilk olaraq Babillilər 7 günlük həftəni zaman vahidi olaraq istifadə etməyə başlayıblar. Sonralar yunanlar, çinlilər və misirlilər 10 günlük, romalılar isə 8 günlük həftəni istifadə etməyə çalışıblar.Bir həftə olaraq qəbul edilən yeddi günün haradan qaynaqlandığı tam olaraq bilinmir. Yeddi günlük təqvim eramızadan əvvəl 327-ci ildə Roma imperatoru Konstantinin dövründə rəsmi təsdiq olunub.