Xaçmazda məktəblilər idmanın qaçış növündə özlərini sınayıb- Video

22 Noyabr 2019 12:17

Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən Məhəmməd Əlipaşayev və şagirdləri qaçış yürüşü keçiriblər. Onlar marafona Bakı prospektindən başlayıblar.  

Məktəblilər mütəmadi olaraq qaçış turları təşkil edirlər. İlk olaraq yürüşlərə 5-7 kilometrlik məsafəni qət etməklə başlayıblar.  Bugünkü marafonun  qaçış məsafəsi  15  kilometrdir.

Hava çiskinli olsa da məktəblilər yürüşü uğurla başa vurublar. Onlar uzun məsafəni qət etməyi bacarıblar.

Fiziki tərbiyə müəllimi Məhəmməd Əlipaşayev deyir ki, yürüşlərin keçirilməsində məqsəd uşaqların  idmana həvəsini artırmaq, onlara sağlam həyat tərzini aşılamaqdır .