Xaçmazlı məktəbli müxtəlif xəritələr hazırlayır- Video

22 Noyabr 2019 12:23

Xəritə Yer kürəsinin və ya  ayrı-ayrı ərazilərin  kiçildilmiş təsviridir. Burada meridian və paralellər çəkilir, obyektlər şərti işarələrlə  göstərilir. Müxtəlif məzmunlu xəritələr var - siyasi, fiziki, iqlim xəritələri. Xəritələrin məzmunları müxtəlif olsa da,  onların ümumi cəhətləri var.

Nicat Muradov 7-ci sinif şagirdidir. Onun coğrafiya fənninə böyük həvəsi var.  Məktəbli müxtəlif xəritələr hazırlayır.

Xəritələrdə bütün dünya, hər hansı bir region və ya dövlət təsvir oluna bilər. Rəngsiz  çəkilən xəritələr kontur xəritələr adlanır. Kontur xəritələrdə ölkələrin dövlət sərhədlərini qeyd etdikdən sonra onları müxtəlif rənglərdə boyayırlar. Nəticədə siyasi xəritə alınır. Siyasi xəritələrdə dövlətlərin paytaxtları və şəhərləri də qeyd edilir.

Xəritələrdəki məlumatlar  rənglərin, oxların, nöqtələrin və digər şərti işarələrin köməyi ilə təsvir olunur. Müxtəlif məzmunlu xəritələrin toplusu atlas  adlanır.