Xaçmazlı məktəblilərin maraqlı əl işləri- Video

22 Noyabr 2019 17:02

İbrahim və Nazlı dostdurlar. Onlar dərs əlaçılarıdır. Bununla yanaşı dərsdən sonra boş vaxtlarını səmərəli keçirirlər. Məktəblilər maraqlı əl işləri hazırlayırlar.

İbrahim daha çox plastilindən fiqurlar hazırlamağa üstünlük verir. O deyir ki, cizgi filimlərini izləyərkən oradakı obrazlar onun diqqətini cəlb edib. Öz əl işlərinin ideyasını da çox vaxt oradan götürür.

Nazlı isə kağızlardan maraqlı fiqurlar hazırlayır, rəsm çəkir və geyimlər toxuyur. Toxuduğu geyimlərdən özü də istifadə edir. O deyir ki, əl işlərinin bir çoxunu dostlarına hədiyyə edib.  

Məktəblilər  əl işlərinin sayını artırıb oxuduqları məktəbdə sərgi təşkil etmək fikrindədirlər.