Masaj uşağın boy artımına və inkişafına müsbət təsir edir- Video

22 Noyabr 2019 17:07

Həkim Mübariz Əsgərbəyli deyir ki, əgər uşaq, vaxtında, normal doğulubsa, heç bir qüsuru yoxdursa,  üç aylığında masaj olunsa daha yaxşı olar. Daha sonra uşağa iməkləyən dövrdə -  6-7 aylığında masaj təyin olunur. Masajın müddəti isə 10-15 dəqiqə olmalıdır.

Əgər uşaq vatından əvvəl doğulubsa ona ilk ayından masaj təyin olunmalıdır.

Əgər uşaq normaldırsa, heç bir problemi yoxdursa evdə valideynləri də yüngül masaj edə bilərlər.  Yeməkdən dərhal sonra körpələri masaj etmək məsləhət deyil. Yaxşı olar ki, ya əvvəl, ya da bir qədər sonra masaj olunsun. Körpənin çiyinlərdən başlayaraq barmağın uclarına doğru masaj etmək lazımdır. Ayaqlar isə açılıb yığılmalıdır. Daha sonra bel və baş nahiyyəsi masaj olunmalıdır. Sümük boşluğu olan uşaqları valideynlər həkim məsləhəti olmadan masaj etməməlidir. Çünki, düzgün olunmayan masaj uşağın hərəkət dayaq sisteminə mənfi təsir göstərə bilər.