Azərbaycanda elektron dərsliklərdən istifadə edənlərin sayı artıb- Video

22 Noyabr 2019 17:12

Hər bir sahədə olduğu kimi təhsildə də günü-gündən yeni texnologiyalar inkişaf etməkdədir. Hazırda ənənəvi dərsliklərin yerini elektron dərsliklər tutmaq üzrədir. Bu cür dərsliklər artıq dünyanın bir neçə ölkəsində - ABŞ-da, Kanadada və bəzi Avropa ölkələrinin təhsil sistemində tətbiq edilir. Elektron dərs sistemi hələlik ölkəmizdə geniş tətbiq olunmasa da, bu dərsliklərin yaradılması üçün addımlar atılıb. Bəs elektron  dərsliklərin şagirdlər üçün hansı üstünlükləri var?

Mütəxəssislər qeyd edir ki, məktəblərdə elektron dərslik sistemi tətbiq olunarsa valideynlər uşaqların dərs cədvəlini, ev tapşırıqlarını, qiymətlərini, dərsə davamiyyətini və imtahan nəticələrini izləyə bilərlər. Bu da şagirdlərdə məsuliyyət yaradar və daha yaxşı oxumağa çalışarlar.  

Artıq gün keçdikcə ölkəmizdə elektron dərsliklərdən istifadə edənlərin sayı artır. Bu səbəbdən “e-dərslik” portalı hazırda ölkəmizin ən çox izlənən saytları arasındadır.