Uzunluq və ölçü vahidlərini bilmək vacibdir- Video

23 Noyabr 2019 11:33

Ölçü vasitələri həyatımızda mühüm rol oynayır. Hər hansı əşyanın kütləsini və ya məsafənin uzunluğunu bilmək üçün ölçü vahidlərindən istifadə olunur. Ölçü vahidlərinin nə zaman meydana gəldiyi dəqiq məlum deyil. Belə hesab olunur ki, ilk olaraq uzunluq vahidləri  yaranıb.

Uzunluğu ölçmək üçün ilk vaxtlarda insanlar bədən üzvlərindən  istifadə ediblər. Ölçü vahidlərinin adları da bunu təsdiq edir. Misal üçün: addım, qarış, qulac, dirsək, arşın və sair.