Elektromaqnit dalğalar uşaqların sağlamlığında problemlər yarada bilər- Video

23 Noyabr 2019 11:40

Kompüter, telefon və televizor elektromaqnit dalğaları yayır. Bu cihazlarla çox təmasda olduqda orqanizm şüaların təsirinə məruz qalır. Bu xüsusən də inkişaf dövründə olan uşaqlar üçün ziyanlıdır. Çünki, radiodalğalar tədricən hüceyrənin funksiyasını pozur. Bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilir.

Mütəxəssislər bildirir ki, 3-5 yaşlarında uşaqların ekran qarşısında uzun müddət vaxt keçirməsi yaddaş və yuxu pozğunluğuna, zəka geriliyinə gətirib çıxarır. Ümumiyyətlə 12 yaşından aşağı uşaqların mobil telefondan istifadəsi məsləhət görülmür.

Radiasiyanın təsirini azaltmaq üçün elektrik cihazlarını yemək masasından və istirahət yerlərindən, uşaq otaqlarından uzaqda saxlayın. Uşaqlar yatdığı zaman otaqda mobil telefon olarsa, onlar üçqat radiasiyaya məruz qalırlar.