Millət vəkili Jalə Əliyeva: ”Çalışırdım ki, valideynlərim mənə görə danlanmasınlar”

02 Oktyabr 2018 10:57

Millət vəkili, filologiya elmləri doktoru Jalə ƏliyevaARB Günəş” inMən məktəbli ikəntelelayihəsinin qonağı olub. O, uşaqlıq illərindəki xatirələrini tamaşaçılarla bölüşüb. Jalə Əliyeva məktəb illərində intizamlı və əlaçı şagird olub, dəcəllik etmədiyini  söyləyib. İlk gündən sinif nümayəndəsi seçilib və məktəbi bitrənə kimi bu dəyişməyib: “Çalışırdım ki, valideynlərim mənə görə danlanmasınlar, bütün işimi hərəkətlərimi belə qururdum” – deyə, millət vəkili bildirib.Uşaq vaxtı solaxay olan Jalə xanım müəllimin qorxusundan bu vərdişini dəyişib və sağ əllə yazmağa başlayıb. Millət vəkili deyib ki, onun məktəbli olduğu dövrdə müəllimlə şagirdlər arasında məsafə vardı:“Müəllimlərim valideynlərim ilə telefonda danışanda qaçıb stolun altında gizlənirdim. Mənə elə gəlirdi ki, müəllimim indi məni görür.Müəllim tərəfindən danlanmaq bizim üçün dünyanın axırı demək idi.Bu gün isə müstəqil bir nəsil yetişir, müəllimlə şagirdlər arasında səmimi münasibət var və bunun müsbət tərəfləri çoxdur. Lakin düşünürəm ki, öyrədənlə öyrənən arasında mütləq məsafə olmalıdır”.  – deyə Jalə Əliyeva əlavə edib.Millət vəkili  bildirib ki, maarifləndirici verilişlərin çox olması uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşmasına səbəb olan ünsürlərdən biridir. Bu baxımdan ölkənin ilk uşaq televizya kanalı olan “ARB Günəş” öz funksiyasını layiqincə yerinə yetirir.Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.