Aytac müxtəlif geyimlər toxumağı bacarır. O, 5 ildir toxuculuqla məşğul olur. Dostumuz öz əl işləri olan geyimlərdən geyinir. Toxuculuğu anasından öyrənib.
Məktəbli bu günə qədər 50 yaxın geyim hazırlayıb. Onların arasında jaketlər, papaqlar, corablar və şərflər var. Toxuculuq incə iş olduğu üçün çox vaxt tələb edir. Bəzən bir geyimin ərsəyə gəlməsi üçün 5 gün vaxt sərf olunur.
Dostumuz ərsəyə gətirdiyi əl işlərinin bir qismini sataraq gəlir əldə edir. Toxuduğu geyimlərdən qohumlarına və ailə üzvlərinə də hədiyyə verir.
Aytac toxuculuq fəaliyyətini gələcəkdə daha da genişləndirmək istəyir.