Səsli kitablar uşaqlarda mütaliəyə həvəsi artırır- Video

26 Noyabr 2019 14:39

Səsli kitablar uşaqları mütaliəyə həvəsləndirmək üçün maraqlı və rahat vasitələrdən biridir. Belə ki, kiçik bir cihaz vasitəsilə yanınızda böyük bir rəfə, kitabxanaya yerləşəcək qədər kitab daşıya bilirsiniz. Audio kitablar xüsusilə hərf tanımayan, oxumağı bacarmayan bağça yaşlı uşaqlar üçün əvəzsiz materialdır.

Səsli kitablar uşaqlarda dinləmə qabiliyyətini inkişaf etdirir, yaddaşı möhkəmləndirir. Balaca dostlarımız arasında audio kitabları dinləyənlər kifayət qədərdir. Onlar hər gün müxtəlif nağıllara qulaq asırlar.

Səsli kitabların müsbət tərəflərindən biri də odur ki uşaqlarda nitqin və düzgün tələffüzün formalaşmasına kömək edir.