Badminton üzrə Azərbaycan çempionatı keçirilib- Video

26 Noyabr 2019 14:41

Məktəblilər arasında badminton üzrə Azərbaycan Çempionatı baş tutub. Turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı  ilə keçirilib. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Quba, Qusar və Lənkəranı təmsil edən 38 qız və 58 oğlan idmançı birincilik uğrunda mübarizə aparıb. Badmintonçular 5 yaş kateqoriyası üzrə yarışıblar.

Çempionatın çərçivəsində istedadlı idmançılar aşkar olunaraq milli komandanın heyətinə cəlb ediləcək.

Yarışların sonunda bütün kateqoriyalar üzrə ilk üç yeri tutan idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunub.