Qarın yağması balacaların sevincinə səbəb olub- Video

26 Noyabr 2019 14:46

Qarın yağmasına ən çox sevinən balaca dostlarımızdı. Məktəblilər bir yerə toplaşaraq qartopu oynayıblar. Havanın soyuq olmasına baxmayaraq uşaqlar doyunca əyləniblər.

Dostlarımız qar adamı hazırlamaq qərarına gəliblər. Qar adamını hazırlamaq elə də asan deyil. Bunun üçün çoxlu qar və isti əlcəklər lazımdır.

Uşaqlar qar adamının əvvəlcə gövdəsini hazırlayıblar. Daha sonra gövdəyə baş qoyub, ona göz, burun, ağız düzəldiblər.

Dostlar qarlı havada oynayarkən sağlamlığımız və təhlükəsizliyimiz üçün bəzi qaydalara riayət etməliyik. Əynimizə isti geyimlər geyinməli, əlcək taxmalıyıq. Oyun zamanı qartopunu yoldaşlarınızın üz nahiyəsinə vurmayın. Bu onların xəsarət almasına səbəb ola bilər.