Valideynlər astenik uşaqlara qarşı diqqətli olmalıdır- Video

27 Noyabr 2019 16:30

Astenik, yəni tez yorulan uşaqlar, başqalarına nisbətən daha tez küsür, inciyirlər. Eyni zamanda çox utancaq olurlar. Hər hansı ehtiyatsız davranış, kiçik bir gərginlik onların özünə güvənini asanlıqla zəiflədə bilər.

Valideynlər astenik uşaqlara diqqətlə yanaşmalıdırlar. Onlarla ünsiyyət zamanı qorxuducu, qəlbinə toxunacaq ifadələrə yol vermək olmaz. Belə uşaqların uğurlarını tərifləmək, səhv hərəkətlərini isə səmimi  söhbət apararaq başa salmaq lazımdır.

Asteniklər duyğularını yaxşı ifadə edə bilmir, ünsiyyətdən qaçırlar.  Onların qorxu hissini, utancaqlığı dəf etməkdə dəstəyə ehtiyacları var. Bu məsələdə həmin uşaqlara yardımçı olmaq lazımdır.

Astenik uşaqların  həmyaşıdları ilə sıx-sıx ünsiyyət qurmasına kömək edilməlidir. Mütəxəssislər bildirir ki, belə uşaqları asudə vaxtlarında  idman və incəsənətə növlərinə yönləndirmək onlara çox kömək olur. Asteniklərin özünə inam hissi güclənir.