Quba məktəblilərinin maraqlı əl işləri- Video

27 Noyabr 2019 16:33

Quba rayon Püstəqasım kənd tam orta məktəbinin istedadlı şagirdləri maraqlı əl işləri hazırlayırlar. Onlar məktəbdə fəaliyyət göstərən “Gənc rəssamlar” dərnəyinin üzvləridir. Burada şagirdlər həm öz asudə vaxtlarını səmərəli keçirir, həm də öz bacarıqlarını inkişaf  etdirirlər.

Məktəblilər əl işlərini əsasən taxtadan, kağızdan, yararsız əşyalardan düzəldirlər.Onların əl işləri arasında avtomobil, təyyarə və müxtəlif qurğuların maketləri yer alır. Məktəblilərin əl işləri rayonda təşkil olunan sərgilərdə nümayiş etdirilir.