Quba Günərzi Qayğı mərkəzinin uşaqları “Qızıl payız”ı nümayiş etdirdi- Video

28 Noyabr 2019 13:56

Quba Günərzi Qayğı mərkəzində “Qızıl payız” adlı tədbir keçirilib. Uşaqlar səhəciklər nümayiş etdiriblər. İlk olaraq səhnəyə payız fəslini əks etdirən obraz çıxıb.

Tədbirdə balacalar payız fəslinə həsr olunan şerlər və rəqslər nümayiş etdiriblər.

Daha sonra dostlarımız payızın yaxın dostu, bu fəsildə tez tez qapıları döyən külək obrazını canlandırıblar.