Azərbaycan şahmatçısı Ümumdünya Şahmat Olimpiadasında qalib gəlib- Video

28 Noyabr 2019 13:59

Gövhər Beydullayeva Türkiyədə keçirilən Ümumdünya Şahmat Olimpiadasının qalibi olub. Milli komandanın tərkibində çıxış edən şahmatçı rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O Bakı şəhər 308 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Gövhər şahmatla 4 yaşından məşğul olur.


Gövhər bundan öncə də bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib. 2012-2018 ci illər arasında 5 dəfə Azərbaycan çempionu adını qazanıb. 2017-ci ildə Avropa çempionluğunu qazanıb. Elə həmin il Gövhər idman ustası adına layiq görülüb. O, dərslərini də yaxşı oxuyur. Məktəbin intizamlı, çalışqan şagirdlərindəndir.