9-cu “Baku open” beynəlxalq karate turnirinə yekun vurulub

02 Oktyabr 2018 12:09

Azərbaycan Milli Karate Federasiyası,  Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 9-cu “Baku Open” beynəlxalq karate turniri başa çatıb. Yarış keçmiş SSRİ-yə daxil olan respublikalarda karatenin yaranmasının 40 illik yubileyinə həsr olunub. Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, İran, Türkiyə, İsveçrə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan 100-dən artıq idmançı qüvvəsini sınayıb.  Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparıb. Turnirin ilk günündə fərdi kata və kumite yarışlarında 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar  qarşılaşıblar.  9-cu “Baku Open” beynəlxalq karate turnirinin qalibləri diplom və medallarla təltif olunub.