Xaçmazda məktəblilər milli geyim atributumuz sayılan kəlağayılarla tanış olub- Video

28 Noyabr 2019 14:07

Kəlağayı  Azərbaycan xanımlarının baş örtüyüdür. Bu milli geyim atributu özündə qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadır. Məktəblilər Xaçmaz rayon Tarix Diyarşunaslıq Muzeyinə ekskursiya edərək burada sərgilənən Azərbaycan “Kəlağayı”ları ilə yaxından tanış olublar.

Şagirdlərə milli baş örtüyü haqqında muzeyin əməkdaşı Kəbirə Abdullayeva məlumat verib. Azərbaycanda ta qədim zamanlardan kəlağayı istehsal olunub. Örpəklər milli ornament və naxışlarla bəzədilib. Müasir dövrdə də Şəkidə, İsmayıllıda kəlağayı hazırlanır.Muzeydə ona yaxın kəlağayı sərgilənir. Onların hər biri müxtəlif dövrlərə aiddir.

Azərbaycan xanımlarının gözəllik simvollarından biri olan kəlağayı 2014-cü il  noyabrın 26-da UNESCO-nun Qeyri Maddi Mədəni irs Siyahısına daxil edilib.