Qubalı məktəbli taxtadan müxtəlif əl işləri hazırlayır- Video

29 Noyabr 2019 12:39

İstedadlı dostumuz Ramin taxtadan maketlər hazırlayır. Onun əl işləri arasında müxtəlif məişət əşyalarının maketləri var.

İstedadlı dostumuz maketləri hazırlamaq üçün ilk növbədə taxtaları lazım olan ölçüdə kəsir. Mismar və ya yapışqanla onları bir birinə bərkidir. Daha sonra maketləri boyayır.

Ramin Əlağayevin istedadı bununla bitmir o, palıd qozalarından da əl işləri ərsəyə gətirir.

Dostumuz bacarıqlarını inkişaf etdirib daha mürəkkəb makketlər hazırlamaq niyyətindədir.