Qış aylarında açıq havada idman etmək sağlamlığa faydalıdır- Video

29 Noyabr 2019 12:41

Qış aylarında uşaqlar qapalı məkanlarda idman etməyə üstünlük verirlər. Amma açıq havada idman eməyin də bir çox faydaları var. Belə ki, bu zaman orqanizm daha çox oksigen qəbul edir.

Mütəxəssislər məsləhət görür ki, soyuq aylarda 30 dəqiqə olmaqla həftədə 2 dəfə açıq havada idman etmək lazımdır.

Soyuq havada idmandan gəldiyiniz zaman əyninizdəki nəm geyimləri dəyişin. İsti otaqda 10-15 dəqiqə qızının.  Əgər mümkün olsa isti duş da qəbul edə bilərsiz. Dostlar unutmayaq ki, idman gündəlik həyatımızın bir hissəsi olmalıdır. Nə qədər idmanla məşğul olsaq o qədər gümrah və sağlam olarıq.