Xaçmazda dahi şair Nəsiminin yaradıcılığına həsr edilən tədbir keçirilib- Video

29 Noyabr 2019 12:44

Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Məktəblilər görkəmli söz ustadının həyat və yaradıcılığını əks etdirən rəsm əsərləri, səhnəciklər, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Nəsiminin qəzəllərindən ibarət şer kompozisiyaları hər kəs tərəfindən maraqla qarşılanıb.

Şagirdlər Nəsiminin müxtəlif tarixi şəxsiyyətlərlə dialoqlarını da səhnələşdiriblər. 

Tədbirin keçirilməsində məqsəd şagirdləri İmadəddin Nəsiminin yaradıcılığı haqqında məlumatlandırmaq, onların ədəbiyyata, mütaliəyə marağını artırmaqdır.