Məktəb psixoloqları şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayır- Video

30 Noyabr 2019 11:36

Yağmur Bayramova intizamlı şagirddir. O dərslərini yaxşı oxuyur.  Təqribən 2-3 həftə əvvəl məktəbli dostumuz bir-iki dəfə üzrlü səbəbdən dərsə hazır gəlməyib. Aşağı qiymət alması Yağmurun əhvalını korlayıb. Onda ruh düşkünlüyü yaranıb. Bunu hiss edən müəllimi məktəb psixoloquna müraciət etməyini məsləhət görüb.

Məktəb psixoloqlarının başlıca vəzifəsi davranışında,  hərəkətlərində və dərsə davamiyyətində problemi olan uşaqları araşdırıb onlara kömək göstərməkdir.

Mütəxəssislər bildirirlər ki, şagirdlərlə təkcə məktəbdə psixoloqlar deyil, evdə valideynlər də söhbət aparmalıdır. Uşağın hər hansı problemi varsa onu aradan qaldırmaqda kömək etmək lazımdır. Bununla məktəblilərdə yarana biləcək özünəqapanma, ruh düşkünlüyü kimi halların  qarşısını vaxtında almaq olar.