Bakıda “Nərgizin nağılı” kitabının təqdimatı olub- Video

30 Noyabr 2019 11:37

Yeni çapdan çıxan “Nərgizin nağılı’’ kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılarlar, yazıçılar və uşaqlar iştirak edib. Kitabın müəllifləri Turan Novruzlu və gənc rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə  Bağırovadır. Səkinə xanım eyni zamanda nağılın gerçək qəhrəmanı olan Nərgizin anasıdır.

Nağılın əsas qəhrəmanı Nərgizin məqsədi ətrafındakı insanlara, təbiətdəki canlılara yaxşılıq etməkdir. Qızcığaz dostları ilə birlikdə  bitkilərə, heyvanlara qayğı göstərir.

Nərgizin xəyal dünyasının qəhrəmanları delfinlər, arılar, kenqurular və başqa canlılardır. Qızcığaz etdiyi yaxşılıqlarla xeyirxahlıq simvoluna çevrilir. O, sehirli fırçası ilə ətrafı daha da rəngarəng etmək niyyətindədir.