Yeməklərin təkrar qızdırılması uşaqların sağlamlığında problemlər yarada bilər- Video

30 Noyabr 2019 11:41

Bir çox hallarda evdə yeməklər lazım olduğundan artıq hazırlanır. Sonra isə yeməklər ikinci dəfə qızdırılaraq istifadə edilir. Bu isə uşaqların orqanizmində ciddi problemlərə yol açıa bilər. Belə ki, təkrar qızdırılma zamanı yeməyin tərkibindəki faydalı elementlər kəskin azalır, hətta zərərli maddələr çevrilə bilir.

Elə ərzaqlar var ki, onları ümumiyyətlə bişirdikdən sonra təkrar qızdırmaq olmaz. Bunlara pomidor yumurta, göbələk, ətdən hazırlanan yeməklər aiddir. Sadalanan yeməkləri təkrar qızdırdıqda qida zəhərlənməsi ehtimalı çox yüksəkdir.

Həkimlər qidanı bir dəfə bişirib həmin vaxt da yeməyi tövsiyyə edir.