Xaçmazda bilologiya fənnindən açıq dərs keçirilib- Video

03 Dekabr 2019 15:42

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 7C sinfində Biologiya fənnindən açıq dərs keçirilib. Dərsin mövzusu ölkəmizdə bitən dərman bitkiləri olub. Müəllim bu bitkilərin müalicəvi əhəmiyyətindən və onlardan istifadə qaydasından danışıb.

Məktəblilər verilən tapşırığa əsasən dərman bitkiləri ilə bağlı maraqlı stendlər hazırlayıblar. Həmçinin şagirdlər dərman bitkilərinin toplanması və saxlanılması qaydaları ilə yaxından tanış olublar.

Biologiya müəllimi Həmidə Bayramova deyir ki, məqsədimiz bitkilərin insan həyatındakı rolunu şagirdlərə daha aydın şəkildə izah etməkdir. Həmçinin ölkəmizdə bitən dərman bitkilərini məktəblilərə tanıtmaq, təbiətin möcüzələrindən faydalanmaqdır.

Açıq dərsin sonunda məktəblilər “Ögey ana” filmindən xalq təbabəti ilə bağlı epizodu izləyiblər.