Bakıda "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası fəaliyyətə başlayıb- Video

03 Dekabr 2019 15:43

Bakıda Fəvvarələr meydanında  "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçirilir. 7 ildir davam edən yarmarka bu il də maraqlı dizaynı ilə hər kəsin diqqətini cəlb edir. “Soyuq əllər, isti ürək” yarmarkasında Yeni il ab-havası yaşanır.  Bu da uşaqlara  yüksək  əhval-ruhiyyə bəxş edir.

Balaca dostlarımız burada əylənir, müxtəlif oyunlar oynayırlar. Onlar hər il yarmarkaya gəldiklərini və bəyəndiklərini deyirlər.

"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası yanvarın 13-dək hər gün səhər saat 11:00-dan 23:00-dək  fəaliyyət göstərəcək. Burada siz doğmalarınız üçün Yeni il hədiyyələri ala, kiçik kafelərdə dadlı təamların, şirniyyatların dadına baxa bilərsiniz. Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə işlərinə, xüsusən də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönləndiriləcək.