Daşlar necə yaranır?- Video

03 Dekabr 2019 15:45

Təbiətdə böyüklü – kiçikli, fərqli forma və tərkibdə daşlar var. Daş suda həll olmayan bərk cisimdir. O, qırıntı mənşəli çökmə süxurlara aiddir. Bu süxurlar havanın, suyun, bitkilərin təsiri ilə parçalanır və ətrafa yayılır. Nəticədə daşlar əmələ gəlir. Həmin daşların səthi əvvəlcə kələ-kötür olsa da sonra  tədricən hamarlaşır.

Qiymətli daşlar təbiətdə az-az tapılır. Onlar gözəl xarici görünüşə malik minerallardır. Qiymətli daşlar hələ çox qədimdən insanların diqqətini cəlb edib. Bəzək-zinət əşyalarında həmin daşlardan istifadə olunur.