Məktəblilər “Beynəlxalq ahıllar” günü münasibətilə ahılların görüşünə gediblər

02 Oktyabr 2018 12:16

Xaçmaz rayon Uşaq-Gənclər kitabxanasının əməkdaşları və məktəblilər ahılların görüşünə gediblər. Xeyirxah aksiya “Beynəlxalq ahıllar” günü münasibətilə təşkil olunub.  Yaşlıları təbrik edən uşaqlar onlara gül – çiçək hədiyyə ediblər. Daha sonra ahıllar uşaqlarla maraqlı söhbət ediblər. Yaşlılar məktəblilərə keçdikləri həyat yolundan danışıb, onlara tövsiyələr veriblər. Xaçmaz Rayon Uşaq-Gənclər kitabxanasının şöbə müdiri Günay Məsimova deyir ki, ahıllara təkcə bu gün yox, hər gün baş çəkmək və qayğı göstərmək lazımdır. Çünki,  onların nəvazişə, yardıma ehtiyacı var. Xaçmaz Rayon Uşaq-Gənclər kitabxanası gələcəkdə bu kimi aksiyaları  davam etdirəcək.