Sinif guşəsində hansı məlumatlar olur?- Video

05 Dekabr 2019 09:09

Sinif güşəsində müxtəlif bölmələr var. Burada dərs cədvəli,  tarixi günlər haqqında məlumat yer alır. Həmçinin növbətçi  şagirdlərin, əlaçı və fəal məktəblilərin adları qeyd olunur. Məktəblilər sinif güşəsi ilə bərabər divar qəzeti də hazırlayırlar. Divar qəzetində dostlarımızın müxtəlif mövzularda yazdığı məqalələri dərc olunur. 

Sinif guşəsindəki məlumatlar əsasında sinifdəki nizam-intizama nəzarət olunur. Eyni zamanda şagirdlər arasında rəqabət yaranır. Hər kəs fəal məktəbli kimi adının ora  yazılmasına can atır.

Sinif guşəsi və divar qəzeti bir növ sinfin güzgüsüdür. Nə qədər səliqəli və dolğun məlumatlı olarsa, görənlərdə məktəblilər haqqında xoş təəssürat yaradar.