Ev heyvanları uşaqlarda müsbət keyfiyyətlər formalaşdırır- Video

05 Dekabr 2019 09:13

Ev heyvanları əksər uşaqların sevimli dostlarıdır. Bu canlılarla təmasda olmaq bizə xoş əhval-ruhiyyə bəxş edir. Psixoloqlar qeyd edir ki, ev heyvanlarının uşaqların psixologiyasına müsbət təsirləri çoxdur. Heyvan sevgisi uşaqlara məsuliyyət hissi aşılayır.

Heyvanı yemləmək, bəsləmək uşaqlarda canlılara, təbiətə sevgi, qayğıkeşlik, xeyirxahlıq kimi keyfiyyətlər formalaşdırır. Heyvanlarla təmasda olmaq, onlarla birgə keçirilən vaxt sinir sistemini sakitləşdirir.

Valideynlərə kiçik yaşlardan övladlarına heyvanları sevdirmək tövsiyə olunur. Həmçinin uşaqlarla birgə heyvanlarla dostluqdan bəhs edən filmləri  izləmək faydalı ola bilər.