Məktəblilərdən ibarət “Rustov” musiqi qrupu- Video

05 Dekabr 2019 17:49

Bu məktəbli dostlarımız Quba rayonunun Rustov kəndində yaşayırlar. Onların musiqiyə böyük həvəsi var. İstedadlı uşaqlar bir araya gələrək qrup yaradıblar. Musiqi qrupunu da doğma kəndlərinin adı ilə   “Rustov” adlandırıblar.

Məktəblilər dərsdən sonrakı asudə vaxtlarında musiqi ilə məşğul olurlar. Yeni mahnılar və rəqslər öyrənir, birlikdə məşq edirlər. İstedadlı dostlarımız Quba uşaq musiqi məktəbinin şagirdləridir. Onlar deyir ki, ataları və babaları da bu sənətlə məşğul olur.

Məktəblilər gələcəkdə ali məktəbə qəbul olub peşəkar musiqiçi olmaq istəyirlər.  Onlar böyük səhnələrdə çıxış etmək arzusundadırlar.