Şabranın “Çıraqqala” stolüstü tennis klubu gümüş medal qazanıb- Video

06 Dekabr 2019 16:07

Ölkə çempionatında Şabranı 4 qız idmançı təmsil edib. “Çıraqqala” komandası final mərhələsində bütün rəqiblərini məğlub edərək həlledici görüşə çıxıb. Yekun qarşılaşmada Sumqayıt komandası daha güclü olub və “Çıraqqala” ikinci yerlə kifayətlənib.

Komandanın baş məşqçisi Zakir Cavadov yetirmələrinin nəticəsini yüksək dəyərləndirir.

Tennisçilər qarşıdakı yarışlara  hazırlaşırlar.