Məktəblərdə tibb məntəqələrinin olması əhəmiyyətlidir- Video

06 Dekabr 2019 16:09

Dərs zamanı şagirdlərin səhhətində hər hansı problem yarana bilər. Bu zaman onlara ilkin tibbi yardım göstərilməsi vacibdir. Əgər məktəbdə tibb məntəqəsi varsa uşaqlar ora müraciət etməlidir.

Müayinə zamanı əgər şagirddə ciddi bir problem aşkar olunmursa müvafiq tədbirlər görüldükdən sonra o, dərsə davam edir. Yox əgər  uşağın vəziyyətində ağırlaşma varsa dərhal sahə həkimlərinə müraciət olunur.

Tibb bacısı Mahirə Rəhimova deyir ki, şagirdlər daha çox diş, baş ağrıları, ürəkbulanma və halsızlıqla bağlı müraciət edirlər.

Ciddi xəstəlikləri olan uşaqlar məktəbdə daim nəzarətdə saxlanılmalıdır.