Xəttin səliqəli olması üçün nələri bilməliyik?- Video

06 Dekabr 2019 16:10

Xəttin səliqəli olması üçün ilk növbədə parta və ya masa arxasında düzgün əyləşmək lazımdır. Bundan başqa seçilən qələmin də rolu böyükdür. Yaxşı olar ki, qələm sadə  olsun. Oyuncaqlarla bəzədilmiş, çəkisi nisbətən ağır qələmlərə üstünlük verməyin. Belə qələmlər əlin tez yorulmasına, nəticədə xəttin pozulmasına səbəb olur. Yazı yazarkən müəyyən fasilələr  vermək lazımdır ki, əlimiz dincəlsin.

Yazı zamanı  qələmi dəftərə bərk sıxmaq, sətirdən kənara çıxmaq olmaz. Bütün hərflər eyni boyda, sözlər arasında məsafə eyni ölçüdə olsa  xəttiniz də gözəl olar.