Bakıda məktəblilər arasında “kiçik tədqiqatçılar” müsabiqəsi keçirilib- Video

07 Dekabr 2019 12:28


Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə  paytaxt  məktəbliləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirilir. Müsabiqədə 2-ci, 3-cü və 4-cü sinif şagirdləri iştirak edir.  Məqsəd ibtidai sinif məktəblilərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı uşaqları aşkara çıxarmaqdır. Bakı şəhər 181 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri də bu müsabiqəyə qatılıblar. Onlar 5 nəfərdən ibarət olan komanda  ilə sağlam qidalanma mövzusunda tədqiqat işləri aparırlar. Dostlarımız orqanizm üçün faydalı və  insan səhhətinə ziyan vuran qidalar haqqında məlumat toplayırlar.


Uşaqlar insan orqanizminin fəaliyyəti, həmçinin düzgün qidalanma rejimi haqqında da araşdırmalar aparıblar.


Müsabiqə  3 mərhələdən ibarətdir. Final mərhələsinin yekunlarına əsasən 6 komanda qalib elan olunacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.