İncəsənətin hansı növləri var?- Video

07 Dekabr 2019 12:32

İncəsənət  insanın gözəlliyi əks etdirdiyi, öz duyğularını, xəyallarını, düşüncələrini ifadə etdiyi fəaliyyətdir. Onun vasitəsilə insanlar yaradıcı işlərini nümayiş edirlər.

İncəsənətin müxtəlif növləri var: rəssamlıq, memarlıq, heykəltəraşlıq, musiqi, rəqs, teatr, kino və s. Məsələn, rəssam fırçası ilə tabloda gözəl bir rəsm çəkir, memar fərqli görkəmi, üslubu ilə seçilən bina tikir, müğənni məlahətli səsi ilə mahnı ifa edir. İncəsənət insanların mənəvi tərbiyəsinə,  asudə vaxtın maraqlı və səmərəli keçməsinə xidmət edir.

Hər bir incəsənət nümunəsi böyük səbr və zəhmət nəticəsində ərsəyə gəlir. Əsl incəsənət əsərləri özünəməxsusluğu ilə seçilir.  Çünki müəllif əsəri yaradarkən öz fantaziyasını, yaradıcılıq qabiliyyətini ortaya qoyur, hisslərini, düşüncələrini həmin əsərdə ifadə etməyə çalışır.

İncəsənət əsrlər boyu inkişaf edib və dəyişib. İncəsənət əsərləri çox qiymətlidir və onların bir çoxu muzeylərdə qorunub saxlanılır.