Ən yüksək bal toplayan riyaziyyat müəllimi

02 Oktyabr 2018 12:33

Vəfa Babayeva 1990 -cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olub.Orta təhsilini Yasamal rayon 13 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsində təhsilini davam etdirib.2016 cı ildə Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu müsabiqəsində iştrak edib və müəllim adını qazanaraq Ağsu rayonu Dilma kənd tam orta məktəbində pedoqiji  fəaliyyətə başlayıb.Hazırda  Bakı şəhəri Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirir.Vəfa müəllimə qısa zaman ərzində şagirdlərin sevimlisinə çevrilib. Onların  riyaziyyat fənninə maraqlarını artırmaq üçün fərqli metodlardan istifadə edir.Vəfa müəllimənin məqsədi savadlı şagirdlər yetişdirməkdir.Bunun üçün də o, riyaziyyat gecəsi təşkil edir, şagirdlərinin olimpiadalarda iştrak etmələri üçün onları həvəsləndirir.