"Buta" uşaq bağçası “Nəsimi ili”ndə konsert proqramı ilə çıxış edib- Video

10 Dekabr 2019 15:54

“Buta” uşaq bağçası tərəfindən dahi şair Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tədbir uşaqların çıxışı ilə başlayıb. Dostlarımız tamaşaçılara Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, şairin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.

3-6 yaşlı uşaqlar əyləncəli səhnəciklər nümayiş etdiriblər. Onlar rus və ingilis dillərində səsləndirdiyi şeirlər də qonaqların marağına səbəb olub. İstedadlı dostlarımızın səhnədəki çıxışları alqışlarla qarşılanıb.

Sonda tədbirdə  fəal iştiraklarına görə azyaşlı dostlarımız diplomlarla təltif olunub. Qonaqlar maraqlı və yələncəli tədbirə görə Buta uşaq bağçasının kollektivinə təşəkkür edib, xoş təssüratlarını bildiriblər.